Romada italyan araşdırmaçı jurnalist Siqfrido Ranuççi və qızının avtomobillərinə ziyan vuran partlayış baş verib.
Hadisə oktyabrın 16-da axşam saatlarında İtaliya paytaxtının cənubunda, Ranuççinin evinin yaxınlığında baş verib. Heç kim xəsarət almayıb.
“Corriere della Sera” yazır: “Qızım partlayışdan bir az əvvəl oradan keçib; o, ölə bilərdi”. Nəşrin məlumatına görə, partlayış o qədər güclü olub ki, təkcə avtomobillərə deyil, onların saxlandığı evə də ziyan vurub. Bombanın maşının altına qoyulmasına jurnalistin özü aydınlıq gətirib. Partlayış yerindən çəkilmiş videogörüntülərdə avtomobilin ciddi zədələnmiş kapotu və ətrafa bir neçə metr səpələnmiş çoxsaylı dağıntılar görünür. Hadisə yerində xüsusi polis və yanğınsöndürənlər işləyir. Hadisənin tam şəraiti araşdırılır.
Xatırladaq ki, Siqfrido Ranuççi dövlətə məxsus “Rai” telekanalında “Hesabat” verilişinin aparıcısıdır. O, araşdırma jurnalistikası üzrə ixtisaslaşıb.
//Samir Qurbanov, Editor.az

