Roman Svitan: Ukraynanı “Kalibr” təhdidindən Türkiyə xilas edibbackend

Roman Svitan: Ukraynanı “Kalibr” təhdidindən Türkiyə xilas edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynanı təhdid etmək üçün “Kalibr” tipli çox sayda raket daşıyıcılarını Qara dənizə köçürməyə çalışıb. Lakin Türkiyə bu manevrin qarşısını alıb və Rusiya gəmilərini Aralıq dənizinə göndərib.

Editor.az bildirir ki, bu barədə hərbi ekspert Roman Svitan məlumat verib. “Fakt budur ki, türklər “Kalibr” daşıyıcılarının Qara dənizə keçməsinə icazə verməyiblər, onları geri qaytarıb və hətta Aralıq dənizinə göndəriblər.

Doğrudur, prinsipcə, rusların hələ də “Kalibr” daşıyıcıları var, amma onlar Qara dənizdə deyillər. Cəmi 4-5 daşıyıcı var ki, onlar da çətin nəsə edə bilsin. Bu gün cəmi 22 raketləri var. Bu, maksimumdur və vur-tut 20-30 “Kalibr” buraxa bilərlər, vəssalam. Nə qədər ki, dizel mühərrikləri və sualtı qayıqlar istifadə olunmur, onu yenidən yükləmək həqiqətən çox çətindir və həm də təhlükəlidir. Əsasən də Qara dəniz donanmasının gəmiləri istifadə olunur” – ekspert deyib.

  // Samir Qurbanov, Editor.az