İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən Kristian Ronaldonun gələcək taleyi hələ də qaranlıqdır. Editor.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı ulduz İspaniyanın “Atletiko Madrid” klubuna transfer olmaq üçün razılaşıb. Ronaldo hətta bu transferin baş tutması üçün hazırkı maaşının 30 faizindən imtina etməyə hazırdır.
Qeyd edək ki, “qırmızı şeytanlar”la münasibətləri heç də yaxşı olmayan Ronaldo klubun hazırlıq düşərgəsində də olmayıb. O, buna səbəb olaraq ailəsindəki problemləri göstərib. Ulduz futbolçu hal-hazırda bu səbəblə Portuqaliyadadır.
//Nəzərbəy Hacıağayev, Editor.az

