Bu gün futbol üzrə Portuqaliya millisi Dünya Çempionatının “play-off”nun final mərhələsi çərçivəsində Şimali Makedoniya millisi ilə qarşılaşacaq. Editor.az “sporx” a istinadən xəbər verir ki, oyun öncəsi portuqaliyalı ulduz Kriştian Ronaldo mətbuata açıqlama verib.
“Məndən hər zaman eyni sualı soruşursuz. Gələcəyimlə bağlı qərarı özüm verəcəyəm. Daha çox oynamaq istəsəm, oynayacağam. Bitirmək istəsəm, karyeramı bitirəcəyəm”- deyə Ronaldo bildirib.
Eyni zamanda da Ronaldo “play off” mərhələsində çıxış edən Portuqaliyanın hazırkı vəziyyətindən bəhs edib:
“Komanda olaraq özümüzdən əminik. Hər birimiz “play-off”un final mərhələsində oynamaq istədik. Özümüzü buna motivasiya etdik. Bu oyunun önəmini bilirdik. Türkiyə ilə oyunda bizə dəstək verdiyi üçün azerkeşlərə təşəkkür etmək istəyirəm. Bu dəstəyi Şimali Makedoniya ilə oyunda da gözləyirəm. Əgər Türkiyə ilə oynadığımız kimi Şimali Makedoniya ilə də oynaya bilsək qalib gələ bilərik” -deyə ulduz futbolçu bildirib.
//Editor.az

