Ronaldo ilə rəqabətdə olduğu üçün kapitanlıq sarğısını itirə bilərbackend

Ronaldo ilə rəqabətdə olduğu üçün kapitanlıq sarğısını itirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in kapitanının kim olacağı hələ də müzakirə mövzusudur. Editor.az “sporx” a istinadən xəbər verir ki, yeni baş məşqçi Erik ten Haqın rəhbərliyi zamanı kapitan sarğını qolunda daşıyan Harri Maquayr pis performansına görə sorğulanır. Artıq kapitanlıq mövzusu klubda bir böhrana çevrilib. Eyni zamanda, Maquayrın ulduz futbolçu Kristian Ronaldo ilə yola getməməsi, onunla rəqabətdə olması da onun kapitan olmasına mane olur. Klubda kapitanın kim olması isə oyunçular tərəfindən seçiləcək. Ronaldonun özü də kapitanlığa namizəd olsa da kapitanın klubun qapıçısı David de Geanın olacağı gözlənilir. Son sezonda Gea 46 oyunda 4140 dəqiqə klubun kapitanı olub.

Qeyd edək ki, David de Gea 2011/2012-ci il mövsümündə İspaniyanın “Atletiko Madrid” klubundan “qırmızı şeytanlar”a transfer olub.

//Nəzərbəy, Hacıağayev, Editor.az