Ronaldo “Liverpul”la oyunda iştirak etməyəcəkbackend

Ronaldo “Liverpul”la oyunda iştirak etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Övladını faciəvi şəkildə itirən Kriştiano Ronaldonun “Liverpul”la oyunda iştirak etməyəcəyini bildirilib.

Editor.az “sporx” a istinadən xəbər verir ki, “Mançester Yunayted”in rəsmi saytında bu barədə açıqlama yayılıb.

“Ailə hər şeydən önəmlidir. Kriştiano çətin günlər keçirir. O sevdiklərinin yanında olacaq. Məhz buna görə çərşənbə axşamı “Liverpul”la oyunda iştirak etməyəcək”,- deyə klubun rəsmi açıqlamasında qeyd olunub.

Bundan əlavə “Liverpul” tərəfdarları da Ronaldoya dəstək olmaq qərarına gəliblər. Onlar Ronaldoya dəstək məqsədi ilə 7 dəqiqə onu alqışlayacaqlar.

Qeyd edək ki, Ronaldo və Corcina Rodrigez cütlüyü keçən gün əkiz övladlarından birinin həyatını itirdiyini açıqlamışdılar. Körpənin hansı səbəbdən öldüyü hələ məlum deyil.

//Editor.az