Keçmiş futbolçu Fernando Meyra Kriştiano Ronaldonu Portuqaliya tarixinin ən vacib oyunçusu adlandırıb.
Editor.az bu barədə AS-a istinadla xəbər verir.
2 yanvar 2023-cü ildə Ronaldo hər il 200 milyon avro aldığı müqavilə əsasında Səudiyyə Ərəbistanından “Əl-Nasr”ın oyunçusu olub. Portuqaliyalıya və ailəsinə əlavə bonusların da verildiyi bildirilib. Portuqaliyalı hücumçu “Mançester Yunayted”lə müqaviləsini ləğv etdikdən sonra kluba Səudiyyə Ərəbistanından keçib. Bundan əvvəl portuqaliyalı 9 il “Real Madrid”də, 3 il isə Turində “Yuventus”da çıxış edib. O, Portuqaliyanın “Sportinq” klubunda da çıxış edib.
//Gülnarə Abasova, Editor.az