Ronaldo qayıtdıbackend

Ronaldo qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo zədəsini sağaltdıqdan sonra Madriddən Səudiyyə Ərəbistanına qayıdıb.

Bu barədə 41 yaşlı hücumçu öz sosial şəbəkə hesablarında məlumat yayıb.

Ronaldo foto paylaşaraq artıq klubun bazasında olduğunu bildirib. “Geri qayıtdığıma şadam! Hər şey yaxşıdır”, – deyə futbolçu yazıb.

Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Faiha”ya qarşı oyunda (3:1) zədələnmiş və müalicə üçün Madridə (İspaniya) getmişdi. O, cari mövsüm “Əl-Nəsr”lə 26 oyun keçirib, 22 qol vurub və 4 məhsuldar ötürmə edib.

Unikal