Ronaldonun klubu La Liqaya geri dönürbackend

Ronaldonun klubu La Liqaya geri dönür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada I Divizonunda mübarizə aparan Almariya birinci pillənin sahibi olub. Ronaldonun sahibi olduğu “Real Valladolid” isə ikinci yerin sahibi olub. Editor.az “sporx”a istinadən xəbər verir ki, hər iki klub La Liqaya vəsiqə qazanıb.

İspaniyada La Liqaya vəsiqə qazanmaq uğrunda mübarizə son ana qədər davam edib. Səfərdə “Laqanes” ilə “2:2” bərabərə oynayan Almeriya “Hueska”nı 3:0 məğlub edərək “Real Valladolid” xallarını bərabərləşdirib.

Elbar, Las Palmas,  Tenerife  və Girona klubları isə öz aralarında oynayacaq play-off qarşılaşmaları nəticəsində La Liqaya olan növbəti vəsiqənin sahiblərini müəyyənləşdirəcəklər.

Qeyd edək ki, dünya şöhrətli sabiq futbol ulduzu Ronaldo Nazarionun klubu “Real Valladolid” bir ildən sonra La Liqaya vəsiqə qazanıb. Almeriya isə 7 ildən sonra La Liqa həyəcanını yaşayacaq.

//Nəzərbəy Hacıağayev, Editor.az