Ronaldu “Ən-Nəsr”in rəhbərliyi ilə görüş keçirib: Təfərrüat məlum oldubackend

Ronaldu “Ən-Nəsr”in rəhbərliyi ilə görüş keçirib: Təfərrüat məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu komandadakı gələcəyi ilə bağlı klub rəhbərliyi ilə görüş keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə “Championat” məlumat yayıb.

Qeyd olunur ki, Ronaldunun yeni müqavilə şərtlərinin müzakirə olunduğu görüşdə Səudiyyə Ərəbistanı Turizm Nazirliyinin nümayəndələri də iştirak ediblər. Bildirilir ki, tərəflər yaxın vaxtlarda mövcud müqavilənin müddətinin uzadılması ilə bağlı razılığın əldə olunacağına əmindirlər.

Xatırladaq ki, Kriştianu Ronaldu 2023-cü ildən “Ən-Nəsr”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Hazırda futbolçunun transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.