Portuqaliyalı hücumçu Kriştianu Ronaldu baş məşqçi Fernando Santuşa millini tərk edə biləcəyini deyib.
Mənbənin sözlərinə görə, Ronaldu bu addımı Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Cənubi Koreya ilə oyunda (1:2) əvəzləndikdən sonra düşünüb.
Həmin vaxt 37 yaşlı hücumçu baş məşqçinin qərarından narazı qalaraq Santuşun üstünə qışqıraraq demişdi: “Sən məni əvəz etməyə çox tələsirsən!”

