Ronaldu rəsmən “Mançester Yunayted”də – YENİLƏNİB + FOTObackend

Ronaldu rəsmən “Mançester Yunayted”də – YENİLƏNİB + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted” hucumçu Kriştianu Ronaldunun transferini açıqlayıb.

Futbolçu 2003-2009-cu illərdə çıxış etdiyi klubuna qayıdıb.

Xatırladaq ki, o, zaman Ronaldu “qırmızı şeytanlar”ın heyətini tərk edərək Madrid “Real”ına keçmişdi.

19:40

“Mançester Yunayted” hücumçu Kriştianu Ronaldunun transferilə bağlı “Yuventus”a rəsmi təklif göndərib.

Bu barədə idman jurnalisti Fabrisio Romano özünün “Twitter” səhifəsində yazıb.

Onun həmkarı Canluka di Marsio isə özünün sosial şəbəkə səhifəsində futbolçu ilə ikiliik müqavilənin imzalanacağı, portuqaliyalının ilə 25 milyon funt alacağını bildirib.

18:31

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu karyerasını keçmiş komandası “Mançester Yunayted”də davam etdirə bilər.

İdman jurnalisti Fabrisio Romano sosial şəbəkə səhifəsində məlumat verib ki, hazırda portuqaliyanın agenti ilə “qırmızı şeytan”lar arasında danışıqlar aparılır. Ronaldu ilə 2023-cü ilədək müqavilə imizalanması gözlənilir.

Romanonun sözlərinə görə, artıq digər Mançester klubu forvardın transferindən imtina edərək danışıqları dayandırıb.