Rosatom: “Türkiyədə yeni Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı danışıqlara hazırıq”backend

Rosatom: “Türkiyədə yeni Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı danışıqlara hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın dövlət nüvə enerji şirkəti Rosatom-un rəhbəri Aleksandr Lixaçev Türkiyədə yeni AES tikmək üçün danışıqlara hazır olduqlarını və bu mövzuda təkliflərinin olduğunu bildirib.

Editor.az türk mətbuatına istinadla xəbər verir ki, Rosatom prezidenti “Akkuyu” Atom Elektrik Stansiyasının birinci reaktorunda tikinti işləri payıza qədər tamamilə başa çatacaq.

Bununla belə, Lixaçev Rusiyaya qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, Rosatom Akkuyu Atom Elektrik Stansiyasının reallaşması üçün türk tərəfdaşları ilə birlikdə işlərin irəlilədiyini deyib.

//Gülnarə Abasova, Editor.az