“Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov da “Qarabağ Azərbaycandır” – dedibackend

“Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov da “Qarabağ Azərbaycandır” – dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov Dumanın MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin məktubuna cavab verib.

Cavab məktubunda deyilir: “Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, sülhə nail olmaq üçün İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Ermənistan ərazisini 1991-ci il sərhədləri daxilində düzəltməyə hazırdır. Biz bu bəyanatdan çıxış edirik və inanırıq.

Azərbaycanın tənzimləyici orqanlarının razılığı olmadan bizim efirimizin (Sputnik Radiosu – red.) retranslyasiyasının Qarabağ ərazisində davam etdirilməsi Moskvanın münasibətlərinin səmimiliyini şübhə altına alır və ölkələrimiz arasındakı münasibətləri mürəkkəbləşdirir”, – Dmitri Kiselev deyib. Onun fikrincə, söhbət məhz yayımın dayandırılmasından gedir.

Eyni zamanda, Kiselev qeyd edib ki, retranslyasiya üçün Azərbaycan tərəfdən icazə almaq lazımdır. “Rəsmi Bakı tərəfindən bütün müvafiq hüquqi normalara uyğun olaraq yayımı davam etdirmək üçün icazə alınarsa, biz regionda yayımı uzatmağa hazırıq. Parlament diplomatiyası burada mühüm rol oynaya bilər”, – agentliyin baş direktoru vurğulayıb.

//Samir Qurbanov, Editor.az