Rostov şəhərində güclü partlayışlar baş veribbackend

Rostov şəhərində güclü partlayışlar baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar ertəsi, avqustun 21-də Rostov-na-Donu şəhəri bir sıra güclü partlayışlarla sarsılıb.

Editor.az Rusiyanın Teleqram kanallarının məlumatına istinadən bildirir ki, şəhərdə bir neçə güclü partlayış baş verib.

Təbliğatçılar bunun hava hücumundan müdafiə sisteminin səsləri olduğunu iddia ediblər.

Yerli sakinlər bildirirlər ki, ən güclü partlayışlar şəhərin qərb rayonlarında eşidilib. Hələlik rəsmi şərh yoxdur. Bu vaxt şəbəkədə partlayış səslərinin eşidildiyi CCTV kameralarının videosu peyda olub.

Şahidlərin bildirdiyinə görə, partlayışların gücündən şüşələr titrəyib, bəzi evlərdə hətta çatlar əmələ gəlib.

//Samir Qurbanov, Editor.az