Rostov vilayətində “Avanqard” yanır: itkilər varbackend

Rostov vilayətində “Avanqard” yanır: itkilər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rostov vilayətinin Şaxtı şəhərində bir ildən az əvvəl açılmış “Avanqard” qabaqcıl polimer istehsalı zavodunda yanğın baş verib.

Editor.az bildirir ki, bu barədə Şaxtı şəhərinin administrasiyası məlumat verib. Məlumata görə, yerli vaxtla saat 11:30-da baş verən partlayışdan sonra müəssisədə 1 min kvadratmetrə qədər sahədə yanğın baş verib. Daha sonra yanğın 360 kvadratmetr ərazini əhatə edib. Səlahiyyətlilər əvvəlcə iki nəfərin, bir kişi və bir qadının yaralandığını və xəstəxanaya yerləşdirildiyini bildiriblər.

Daha sonra “Baza tg” kanalı 9 itki barədə məlumat yayıb. Mənbələrin məlumatına görə, 3 nəfər yanıq xəsarəti alıb, 1 nəfərə beyin silkələnməsi diaqnozu qoyulub, qalanları sınıq və yaralar alıb. Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, müəssisəyə pilotsuz təyyarənin hücumu versiyası təsdiqlənməyib. “Hərbçilərin dediyinə görə, o zaman hava hücumundan müdafiə sistemi işləməyib”.

Yanğının ilkin səbəbi döşəklər və yastıqlar üçün içlik istehsalı sexində baş verən qısaqapanma olub. Eyni zamanda hadisə şahidləri sosial şəbəkələrdə müəssisədə güclü partlayış olduğunu təsdiqləyirlər.
Qeyd edək ki, “Avanqard” zavodu Rusiyanın ilk polyester ştapel lif istehsalı zavodudur və 2023-cü ilin iyununda açılıb. Rayon rəhbəri bunu “idxal əvəz edən istehsal” adlandırıb.

//Samir Qurbanov, Editor.az