Rostov vilayətində neft bazası, Zaporojyedə isə “Buk-M3” hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyası məhv edilibbackend

Rostov vilayətində neft bazası, Zaporojyedə isə “Buk-M3” hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyası məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 29-da Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Rostov vilayətində yerləşən “Atlas” neft bazasına zərbələr endirib və rusların “Buk-M3” hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyasını məhv edib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da məlumat yayıb. Baş Qərargah qeyd edib ki, neft bazasının dağılması nəticəsində obyektin ərazisində ən azı iki yanğın qeydə alınıb. “Atlas” Rusiya ordusunu neft məhsulları ilə təmin edən Rusiya hərbi-sənaye kompleksinin bir hissəsidir. Bazaya hücum barədə Rusiya mətbuatı da məlumat yayıb.

Bundan əlavə, Rusiya hava hücumundan müdafiə sistemlərinin müəyyən edilməsi və ləğvi tapşırığı çərçivəsində Ukrayna hərbçiləri Rusiyanın Buk-M3 zenit-raket kompleksinin radiolokasiya stansiyasını məhv edib. Hədəf Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisində olub. Baş Qərargah qeyd edib ki, tapşırığı Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemləri Qüvvələri, Xüsusi Əməliyyat Qüvvələri və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi müdafiə qüvvələrinin digər bölmələri ilə birgə yerinə yetirib.

//Samir Qurbanov,Editor.az