Rövnəq Abdullayevin yaxın dostu klubun maliyyəsini kəsdi – Fəaliyyəti dayandırırlar?backend

Rövnəq Abdullayevin yaxın dostu klubun maliyyəsini kəsdi – Fəaliyyəti dayandırırlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

II Liqada mübarizə aparan «Lerik» ciddi problemlərlə üzləşib.

Çempionatda ikinci mövsümünü keçirən cənub təmsilçisi maliyyə çətinliyi yaşayır.

Klubun İdarə Heyətinin sədri Famil Məmmədov bununla bağlı narahatlığını bölüşüb, Heç yerdən dəstək ala bilmədiyini söyləyən rəhbər şəxs sosial şəbəkədə yazıb:

“Lerik” Peşəkar Futbol Klubunun əsasını 2 il bundan öncə qoyduq. Hazırda bölgədə peşəkar liqada oyunayan yeganə futbol klubu statusunu daşıyırıq.

Başa düşürük ki, futbol azarkeşləri və leriklilər nəticə istəyir, amma mövcud şərait və maliyyə ilə biz yalnız liqada yerimizi qoruya bilirik. Bəzən isə məğlub olduğumuz oyunlardan sonra əsassız fikirlər və yazılar görürük.

Komandanın məğlubiyyətinə idarə heyətində olan şəxslər kimi heç kim məyus ola bilməz. Bizim oyun zamanı keçirtdiyimiz həyacan və stresi heç kim keçirə bilməz.

Biz sadəcə, dəstək istəyirik, digər neqativlərlə komanda üzvlərinə psxoloji təsir yox. Bugünə qədər mənimlə birlikdə olanlar bilir ki, futbola görə hansı fədakarlıqları etmişəm.

Eyni zamanda komandam da mənim qədər bunları edib. 2 ildir artıq çox qapı döymüşük, çox şəxslə görüşmüşük, amma görünən odur ki, dəstək yoxdur, sadəcə, vədlər var.

Bütün bunları nəzərə alaraq, klubla bağlı yaxın günlərdə vacib bir qərarımızı ictimaiyyətə çatdıracağıq. Bugünə qədər bizə dəstək olan hər kəsə dərin təşəkkürümüzü bildirik!”.

II Liqanın yeni mövsümündə 4 tur arxada qalıb. 2 qələbə və 2 məğlubiyyəti olan «göylər» 6 xal toplayıb. Turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan çempionatı yarımçıq tərk etmək ehtimalı kifayət qədər güclüdür.

Əvvəl iş adamı İqbal Məmmədov doğma rayonun təmsilçisinə müəyyən qədər maliyyə dəstəyi verirdi. AFFA-nın keçmiş prezidenti Rövnəq Abdullayevin yaxın dostu deputat mandatıyla vidalaşandan sonra kluba yardımını tam kəsib.

Əsas problemlər də məhz bununla bağlı ortaya çıxıb. Digər yerli biznesmenlər isə ilk vaxtlarda olduğu kimi, yenə futbol sektorundan uzaq gəzir…

Sportinfo.az