Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar və duet ortağı, sevgilisi Nərmindən danışıb.
“Tarixin bir günü” verilişində qonaq olan sənətçi onun adından istifadə edilməməsini bildirib:
“Mənim adımdan istifadə edilməsini istəmirəm. Buna icazə vermirəm. Yeni layihələri uğurlu olsun. Verilişlərə gələndə özlərindən sual verin. Mənimlə duet oxusalar, məndən sual verərsiniz.
Ona da hörmət edin. Orda bir sevgi olub, bir övladımız var. Onların ailəlikcə səsi var. Mən onunla (Anar Cəlilovu nəzərdə tutur – red.) duet oxuyanda məndən sual verərsiniz. Biz karaokelərdə mahnılar oxuyurduq. Onlar balaca adamlar deyillər. Özü də verilişdə utanır, sıxılır. Mahnıları da uğurludur. Maşallah olsun”.
Musavat.com


