Roza Zərgərli qızıl biznesinə başlayıb? – “5 ildir ki…”backend

Roza Zərgərli qızıl biznesinə başlayıb? – “5 ildir ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tez-tez sosial şəbəkə hesabında Moskva Ticarət Mərkəzindəki (əvvəllər Moskva Univermağı adı ilə tanınırdı) qızıl mağazalarını reklam edən Roza Zərgərli haqda bəzi məlumatlar dolaşır. Sosial şəbəkələrdə yayılan iddialara görə, həmin mağazaların bəzisi elə müğənninin özünə aiddir. 

Məsələ ilə bağlı Yenisabah.az-ın suallarını cavablandıran sənətçi bu iddiaların tamamilə yanlış olduğunu, Moskva Univermağı ilə əməkdaşlıq etdiyini açıqlayıb:

“Mən “AzərSu” ilə, “Moskva Univermağı” ilə 5  il, “Patron” tumları ilə 7 ildir ki, işləyirəm. Reklam siması kimi həmin şirkətlərlə çalışıram. Onda belə çıxır ki, həmin şirkətlərin hamısı mənimdir?! Bu gülünc iddiadır və tamamilə yalandır”.

Müğənni Moskvada verəcəyi konsert proqramlarını təxirə saldığını da qeyd edib. Qardaş ölkə Türkiyədə 7.8 bal gücündə baş vermiş zəlzələdə vəfat etmiş insanların xatirəsinə hörmət əlaməti olaraq o 3 konsertini təxirə salıb.