Ruben Vardanyan Moskvada qalacaq?-“Bu, Qarabağda iqtisadi vəziyyəti ağırlaşdırır”-ŞƏRHbackend

Ruben Vardanyan Moskvada qalacaq?-“Bu, Qarabağda iqtisadi vəziyyəti ağırlaşdırır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni mediasının yaydığı məlumata görə, təxminən 10 gün əvvəl Arayik Arutyunyan müxtəlif hökumət səviyyələrində görüşlər keçirmək və Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün Moskvaya gedib və 3-4 gün öncə Xankəndinə qayıdıb.

Onun ardınca isə qondarma “dövlət naziri” Ruben Vardanyan da Moskvaya uçub. Arayik Arutyunyanın Moskvada kifayət qədər yüksək səviyyədə görüşləri olub. Görüşdə  “Əgər Vardanyan mane olursa, onu vəzifədən qovun getsin, onu biz təyin etməmişik” ifadəsi səsləndirilib.

Separatçı rəhbərlərin ard-arda Moskvaya səfəri nədən qaynaqlanır?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ruben Vardanyanla Arayik Artunyanın ard-arda Rusiyaya səfəri əsasən azərbaycanlı ekofəalların etiraz aksiyaları ilə əlaqədar yolun bağlanması ilə bağlıdır:

“Bu, erməni icması daxilində yaranan gərginlikdən irəli gəlir. Artunyan və Vardanyan arasında ciddi ziddiyyətlər yaşanır. Araik Artunyan konkret olaraq qondarma “dövlət nazirinin” hakimiyyətdə olmasına qarşıdır. Ona görə də mütəmadi olaraq Moskvaya çağırılaraq müəyyən təlimatlar verilir. Düşünürəm ki, Ruben Vardanyanın Moskvaya getməsi birbaşa böhrandan qaynaqlanır və onun Xankəndiyə gəlişi Qarabağda iqtisadi vəziyyəti ağırlaşdırır. Azərbaycanla münasibətlər tamamilə kəskinləşib, çünki Bakının şərtləri var idi, bunlar yerinə yetirilmədi. Həmçinin sentyabra qədər Qarabağ icması ilə də müəyyən təmaslar yaranmışdı. Ruben Vardanyan gəldikdən sonra isə bu əlaqələr tamamilə pozuldu və vəziyyət böhrana doğru sürükləndi. Ona görə də A.Artunyan Vardanyanın Xankəndidən getməsi tələbini qoyub. Hesab edirəm ki, Rusiya bununla bağlı qərar qəbul etməlidir”.

Politoloqun sözlərinə görə, Moskvanın Vardanyanı Qarabağa göndərməkdə güddüyü maraqlar da uğursuzluqla nəticələnib:

“Lakin Vardanyan Xankəndiyə qayıtmaya da bilər. Konkret olaraq bütün proseslərdə Azərbaycanın atdığı addımlar ciddi rol oynayacaq. Ölkəmizin də əsas məqsədi şərtlərin yerinə yetirilməsidir. Xankəndidəki ermənilər də bunu yaxşı başa düşür və ona görə də bu istiqamətdə hansısa addım atmağa məcbur olacaqlar”.
 
//Safura Bənnayeva, Editor.az