Rubio: “Avropa müharibə istəyir”backend

Rubio: “Avropa müharibə istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Marko Rubio Romaya səfəri zamanı Avropanın münaqişə istədiyi barədə fikirlər eşitdiyini bildirib.

Editor.az bu barədə xarici mediaya istinadla yazır.

“Görüşdüyüm kardinallardan biri dedi ki, Amerika prezidentinin sülhə, bəzi avropalıların isə sanki dünya alt-üst olmuş kimi hərbi müdaxiləyə çağırış etməsi bizim üçün çox qeyri-adi haldır”, – Rubio bildirib.

Rubio bildirib ki, Amerika prezidenti Donald Tramp ölkənin müdafiəsinə böyük vəsait xərcləməyə ehtiyac olmasa, iqtisadi inkişafa sərmayə qoymağa üstünlük verəcək.

Trampın özü bəyan edib ki, Ukraynada sülh prosesində ABŞ-la bağlı müəyyən qırmızı xətti var. ABŞ prezidenti etiraf edib ki, ABŞ sülh danışıqlarından çıxa bilər.

//Gülnarə Abasova, Editor.az