Rubl avro qarşısında son 5 ilin ən yüksək səviyyəsinə yaxınlaşırbackend

Rubl avro qarşısında son 5 ilin ən yüksək səviyyəsinə yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərt sanksiyalara baxmayaraq Rusiya hökuməti və Mərkəzi Bankının atdığı addımlarla sabit mövqeyini qoruyan rubl avro qarşısında 2017-ci ildən bəri ən yüksək dəyərinə yaxınlaşıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Moskva birjasında rubl 1 faizdən çox bahalaşıb və 1 avro 2017-ci ilin iyun ayından bu yana ən güclü mövqeyinə yaxınlaşaraq 65 rubldan bir qədər çox ucuzlaşıb.

Qeyd edək ki, martın 7-də ABŞ-ın Rusiya neft və qazının idxalına qadağa qoyması ilə rubl dollar və avro qarşısında tarixin ən aşağı səviyyəsinə düşmüşdü. Rusiya Mərkəzi Bankının faiz artımı və ondan sonra görülən tədbirlərlə dəyər qazanan rubl, prezident Vladimir Putinin təbii qazı rublla satacaqlarını açıqlamasının ardından yüksəlişini sürətləndirib.

//Gülnarə Abasova, Editor.az