Rubl G20 ölkələri arasında ən çox dəyərini itirmiş valyuta kimi tanınıbbackend

Rubl G20 ölkələri arasında ən çox dəyərini itirmiş valyuta kimi tanınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Payızın əvvəlində rubl G20 ölkələri arasında ən çox dəyərsizləşən valyuta olub.

Editor.az “RİA Novosti” a istinadla xəbər verir ki, məzənnə bir dollar üçün 33 rubl civarında olmalıdır. Agentlik burger, kartof qızartması və koladan ibarət qarışıq yeməyin qiyməti əsasında G20 ölkələrinin reytinqini dərc edib.

Mütəxəssislər məzənnəni milli valyutaların dollara nisbətən alıcılıq qabiliyyəti əsasında hesablayıblar və onun alıcılıq qabiliyyəti pariteti baxımından hazırkı 32,07-dən 3 dəfə aşağı olduğunu müəyyən ediblər.

BCS World of Investments fond bazarının eksperti Valeri Emelyanovun fikrincə, Rusiya Federasiyası ən yüksək alıcılıq qabiliyyəti paritetinə malik ölkədir. İkinci yeri İndoneziya rupisi tutur, çünki onun real məzənnəsi rəsmi məzənnədən 2,2 dəfə yaxşıdır. Milli valyutasının real dəyərinin hazırkı məzənnədən 1,8 dəfə yüksək olduğu ilk üçlüyü Cənubi Afrika qapayır.

Bundan başqa, Hindistan rupisi və Çin yuanı, türk lirəsi və Koreya vonu, Yaponiya yeni və Meksika pesosu da devalvasiyaya uğrayan valyutalar siyahısına daxil edilib. Avro isə ən çox qiymətləndirilən valyuta hesab olunur.

//Gülnarə Abasova, Editor.az