Rubl ÖLÜR: Azərbaycana təsirləri nələrdir?- Ekspert AÇIQLADIbackend

Rubl ÖLÜR: Azərbaycana təsirləri nələrdir?- Ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyada milli valyutanın dəyərdən düşməsi yeni hadisə deyil. Rusiya-Ukrayna müharibəsi başlayandan bu proses davam edir. Müxtəlif spekulyativ addımlarla Rusiya hökuməti bunun qarşını almağa çalışsa da hələ ki nail olmayıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

İqtisadçı rublun xarici valyuta qarşısında dəyərdən düşməsinin Azərbaycana təsirlərinə də toxunub:

“Azərbaycanın qeyri-neft sektoru Rusiya üçün bir nömrəli bazardır. Rublun dəyərdən düşməsi Rusiyaya ixrac edilən məhsulların dəyərinin azalması anlamına gəlir. Beləliklə bu istiqamətdə ixrac imkanlarımız məhdudlaşır. Bu isə birbaşa olaraq ölkəmizin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını daraldır və bu sahədə ölkə iqtisadiyyatında inkişaf dayanır. Əks istiqamətdə isə rus rublunun belə sürətlə dəyərsizləşməsi Rusiyadan Azərbaycana ixracı stimullaşdırır. Ona görə də bu proses Azərbaycan üçün də əlverişsizdir”.

//Gülnarə Abasova, Editor.az