ABŞ dövlət katibi Marko Rublio Rusiya xarici işlər naziri Sergey Lavrova Kualalumpurda keçiriləcək görüş ərəfəsində göz vurub.
Hadisə Rusiya mediasının diqqətini çəkib və bu jest müxtəlif cür şərh olunub. Etiket və işgüzar protokol üzrə mütəxəssis Tatyana Nikolayeva “Lenta.ru”ya açıqlamasında bildirib ki, bu cür jestlər rəsmi protokolla uyğun gəlməsə də, onu mehribanlıq əlaməti kimi qiymətləndirmək olar.
“Protokola görə belə davranış tövsiyə olunmur. Amma biz insanlar emosionalıq. Bu jesti sadəcə mehribanlıq kimi dəyərləndirmək olar, daha artıq mənalar yükləməyə ehtiyac yoxdur”, – deyə Nikolayeva bildirib.
Qeyd edək ki, Rublio ilə Lavrov arasında görüş Kualalumpurda keçiriləcək beynəlxalq tədbir çərçivəsində baş tutacaq. Tərəflər arasında hansı məsələlərin müzakirə olunacağı hələ açıqlanmayıb.
//Samir Qurbanov, Editor.az

