Ruhani: “Hakimiyyətə can atan azlığın çoxluğu kənara vurmasına imkan verməyək” – FOTObackend

Ruhani: “Hakimiyyətə can atan azlığın çoxluğu kənara vurmasına imkan verməyək” –FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın keçmiş prezidenti Həsən Ruhani bu gün Tehranın Azadlıq meydanında islam inqilabının qələbəsinin 44-cü ildönümü ilə bağlı keçirilən tədbirə qoşulub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Həsən Ruhani tədbirdə jurnalistlərə açıqlama verib.

O bildirib: “İran xalqının düşmənləri bir vaxtlar hesab edirdilər ki, inqilab 40-cı ildönümünə qədər yaşamayacaq, lakin bu xəyal xalqın müqaviməti, birliyi və yekdilliyi ilə puç oldu”.

O əlavə edib: “Hakimiyyətə can atan azlığın çoxluğu kənara itələməsinə imkan verməyək, çünki həmin gün inqilabın sonu olar. Müxtəlif fikirlərə hörmətlə yanaşmaqla və xalqın səsini eşitməklə inqilabı yaşatmaq olar”.