Ruhani ölkəsinin düşdüyü çətin vəziyyətdən danışdı: “Heç kim bizə maska vermədi”backend

Ruhani ölkəsinin düşdüyü çətin vəziyyətdən danışdı: “Heç kim bizə maska vermədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Həsən Ruhani videokonfrans formatında qatıldığı görüşlərdə İranın iqtisadi problemlərindən danışıb.

“Anadolu” agentliyi məlumat verir ki, o ölkədə 1 100 000 nəfərin işsiz qaldığını deyib:

“COVID-19 səbəbiylə 1 100 000 adam işsiz qaldı. Bir milyon insanın işsiz qalması milyonlarla insanın çətinliklərlə üzləşməsi deməkdir… İqtisadi müharibələr, quraqlıq və daşqınlar xalqı sıxıntıya saldı”.

Ruhani deyib ki, pandemiya müddətində sanksiyalar səbəbi ilə bir sıra maneələrlə qarşılaşıblar:

“Biz maska istəyirdik, amma bizə heç kim maska vermədi. Heç kim tənəffüs cihazı vermirdi. Tramp axmaq deyirdi ki, əgər respirator istəyirsinizsə, 4 dənə göndərək. Dedim ki, istəsən biz sizə 40 dənə göndərərik”.

Loading...