Rumıniya ilə strateji tərəfdaşlıq Azərbaycana nə vəd verir?-AÇIQLAMAbackend

Rumıniya ilə strateji tərəfdaşlıq Azərbaycana nə vəd verir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında ötən il iyulun 18-də Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Leyen ilə birgə imzaladıqları “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun əhəmiyyətini xüsusi vurğulayan dövlətimizin başçısı bildirib: “Bu, əslində, bizim gələcək planlarımız üçün açıq yol xəritəsidir. Biz 2027-ci ilədək Avropaya öz qaz ixracımızı iki dəfə artırmağı planlaşdırmışıq. Bu, mümkündür, çünki bizim resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız var”.

Məsələyə münasibət bildirən İqtisadçı ekspert Xalid Kərimli Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan ənənəvi enerji (neft, qaz) ixracatında müəyyən qədər işlər görüb:

” Neft hasilatında və ixracında görüləcək iş çox qalmayıb. Qaz ixracında da Cənub Qaz Dəhlizi işə salınıb və onun həcminin artırılması istiqamətində də işlər gedir. Yaşıl enerjinin istehsalı və ixracı üzərində də müəyyən addımlar atılır. 2022-ci ilin əvvəlində “Masdar” və “ACWO Power” şirkətləri ilə müqavilələr bağlandı. “Masdar” şirkəti ilə 200 meqavatlıq günəş enerjisi, “ACWO Power” ilə isə 240 meqavat gücündə külək enerjisi istehsalı üzrə razılığa gəlindi. İlin sonunda Avropa Komissiyasının iştirakı ilə Macarıstan, Rumıniya, Azərbaycan və Gürcüstan əməkdaşlıq sənədi imzaladı. Bunun səbəbi isə Azərbaycan yaşıl enerji mənbələri əsasında istehsal edilən enerjini Gürcüstan üzərindən Qara dənizdən Rumıniya və Macarıstana ixracını təmin etməkdir. Beləliklə hökumət dərhal Birləşmiş Ərəb Əmirliklərinə səfərlər təşkil etdi. Orada da “Masdar” şirkəti ilə 4 geqavatlıq küləkdən, günəşdən yaşıl enerji infrastruktoruna investisiya qoyulması barəsində müqavilə imzalandı. Təqribən 4 geqavatlıq elektrik enerjisi xətlərinin ixracı nəzərdə tutulurdu”.

İqtisadçı ekspert qeyd edib ki, Ölkə Prezidentinin Macarıstana səfəri və Rumıniya prezidentinin Azərbaycana gəlişi həmin prosesin növbəti mərhələsini əhatə edir:

“Bununla da istehsala investisiya qoyulmasında müəyyən öhdəliklər götürürük. Azərbaycan hazırda Avropaya Yaşıl enerji mənbələri hesabına istehsal edilmiş elektirik enerjisinin ixracını nəzərdə tutur. Azərbaycanın bu istiqamətdə müəyyən təcrübəsi var. Hansı ki, Gürcüstana da istilik elektrik stansiyaları ixrac etmişdi. Bu gün ölkəmizdə yaşıl enerji mənbələri hesabına istehsal olunmuş enerjinin xüsusi çəkisi çox azdır, yalnız su elektrik stansiyalarıdır. Hazırda bu infrastruktura investisiya qoyulması planlaşdırılır. Bunun üçün də satış bazarının müəyyənləşdirilməsi əhəmiyyətlidir. Ölkəmizdə bu qeyri-neft ixracının artırılması və inkişafı baxımından olduqca böyük əhəmiyyətə malikdir”.

//Safura Bənnayeva, Editor.az