Rumıniya Prezidenti: Rusiya Moldovaya hücum edərsə, Rumıniya ona kömək etməyəcəkbackend

Rumıniya Prezidenti: Rusiya Moldovaya hücum edərsə, Rumıniya ona kömək etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya Prezidenti: Rusiya Moldovaya hücum edərsə, Rumıniya ona kömək etməyəcək Rusiya Kişinyova qarşı hərbi əməliyyata başlasa, Rumıniya Moldovaya qoşunla kömək etməyəcək.

Editor.az xəbər verir ki, bunu Avropa Siyasi Sammitinin keçirildiyi Kişinyovda keçirdiyi mətbuat konfransında Rumıniya Prezidenti Klaus İohannis deyib.

Rumıniya lideri qeyd edib ki, Rumıniya NATO-nun üzvüdür, Moldova isə neytral ölkədir. Ona görə də Rusiyanın Moldovaya hücum edəcəyi təqdirdə ölkəsinin müdaxiləsini qeyri-mümkün hesab edir. “Hərbi baxımdan münaqişəyə müdaxilə etmək imkanını görmürəm. Amma biz ordunun təlimi, texnika və silahlarla dəstək ola bilərik. Müdaxilə etməyin bir çox yolları var və biz bunu Moldovaya kömək etmək üçün edirik”, – İohannis bildirib.

//Samir Qurbanov,Editor.az