Rumıniya prezidenti Rusiya pilotsuz təyyarəsinin ölkə ərazisinə düşməsinə sərt reaksiya verdibackend

Rumıniya prezidenti Rusiya pilotsuz təyyarəsinin ölkə ərazisinə düşməsinə sərt reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya prezidenti Klaus İohannis Rusiya pilotsuz təyyarəsinin ölkə ərazisinə düşməsini “qəbuledilməz vəziyyət” və suverenliyin ciddi şəkildə pozulması adlandırıb.

Editor.az bildirir ki, bu barədə “Digi24” xəbər verirb. İohannis bildirib ki, Rusiya pilotsuz təyyarəsinin qalıqlarının Rumıniya ərazisində olduğu təsdiqlənərsə, bu, “ciddi pozuntu” hesab olunacaq.

“Əgər komponentlərin Rusiyaya məxsus pilotsuz uçan aparatına aid olduğu təsdiqlənərsə, belə bir vəziyyət qəbuledilməz və Rumıniyanın suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulması emək olar”, – o deyib.

Prezident həçinin bildirib ki, Rumıniya NATO tərəfindən çox yaxşı qorunur və buna görə də özünü təhlükəsiz hiss edə bilər.

“Bir daha deyirəm: NATO daxilində biz çox yaxşı qorunuruq və Rumıniya tariximizin ən güclü təhlükəsizlik təminatına malikdir”, – İohannis deyib. Bundan əlavə, Müdafiə Nazirliyinin sözçüsü Konstantin Spinu “Digi24”ə bildirib ki, Rumıniya ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görəcək.

//Samir Qurbanov, Editor.az