Rumıniya-Ukrayna sərhədində gərginlik: qırıcılar səmaya qaldırıldıbackend

Rumıniya-Ukrayna sərhədində gərginlik: qırıcılar səmaya qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya Ukrayna ilə sərhəddə hava hücumu xəbərdarlığı səbəbilə gecə F-16 və “Eurofighter” qırıcılarını səmaya qaldırıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Departament qeyd edib ki, Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 və İtaliya Hərbi Hava Qüvvələrinə məxsus iki “Eurofighter”, 23:30 radələrində Tulcea qraflığında hava hücumu həyəcanı səbəbindən qaldırılıb. Aprelin 29-u saat 04:50 radələrində sona çatan xəbərdarlıq ləğv edildikdən sonra qırıcılar bazaya qayıdıblar.

Rumıniya radar müşahidəsi bildirib ki, pilotsuz təyyarələrdən biri qısa müddət ərzində Rumıniya hava məkanını 500 metrə qədər dərinlikdə keçə bilər. Gün ərzində qeyd olunan ərazidə axtarışlar aparılacaq. Hava müşahidə missiyası davam edəcək.

//Samir Qurbanov, Editor.az