Rumıniya ukraynalı pilotlar üçün həyata keçiriləcək “F-16” təlimlərində iştirakını təsdiqlədibackend

Rumıniya ukraynalı pilotlar üçün həyata keçiriləcək “F-16” təlimlərində iştirakını təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya prezidenti Klaus İohannis ölkəsinin Qərb F-16 döyüş təyyarələrində ukraynalı pilotlara təlim keçəcəyini təsdiqləyib.

Editor.az xəbər verir ki, Rumıniya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə keçirilən bayram mərasimindəki çıxışında bu məqsədlə ölkədə regional təlim mərkəzinin yaradılacağını bildirib. “Biz Avropa İttifaqının hərbi yardımı çərçivəsində Ukrayna ordusunun təlimində iştirak edəcəyik. F-16 pilotları üçün gələcək regional təlim mərkəzini, Rumıniya, müttəfiq və ukraynalı pilotlara bərabər xidmət göstərəcək mərkəzə ev sahibliyi edəcəyik”,-deyə dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, Rumıniya digər NATO müttəfiqləri ilə birlikdə Ukraynanı sülh və azadlıq uğrunda mübarizəsində dəstəkləməyə davam edəcək:”Müharibənin çoxsaylı nəticələri ilə effektiv mübarizə aparmaq üçün Avropa İttifaqı daxilində koordinasiyanı davam etdirəcəyik. Biz Kiyevin Avropa marşrutunu dəstəkləməyə və Ukraynaya bütün səviyyələrdə əsaslı Avropa yardımının tərəfdarı olmağa davam edəcəyik”.

//Gülnarə Abasova, Editor.az