Rumıniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi verə bilərbackend

Rumıniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi verə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya prezidenti Klaus İohannis “Patriot” raket sisteminin Ukraynaya mümkün göndərilməsini müzakirə etməyə hazır olduğunu bildirib.

Editor.az “Reuters” və AP-yə istinadən xəbər verir ki, Vaşinqtonda amerikalı həmkarı Co Baydenlə görüşdən sonra İohannis bildirib ki, son həftələrdə kimin Ukraynaya “Patriot”u verə biləcəyi ilə bağlı müzakirələr aparılıb: “Prezident Bayden görüşümüz zamanı bunu qeyd etdi… və mən müzakirəyə açıq olduğumu söylədim.

Mən bunu Ali Müdafiə Şurası ilə müzakirə etməliyəm ki, biz nə təklif edə bilərik və bunun müqabilində nə əldə edə bilərik. Çünki Rumıniyanı hava hücumundan müdafiəsiz qoymaq qəbuledilməzdir”, – prezident vurğulayıb.

Qeyd edək ki, Klaus İohannisin Ağ Evdəki görüşü dünən, mayın 7-də baş tutub. Oval kabinetdəki görüş Rumıniyanın NATO-ya üzvlüyünün iyirmi illiyinə həsr edilməli idi. Bayden hətta “180 il əvvəl” senator olarkən Rumıniyanın NATO-ya qoşulmasını dəstəklədiyinə dair zarafat edib. İohannis Baydenə onu qəbul etdiyinə görə təşəkkür edib və transatlantik alyansı “demokratik həyat tərzimizin təməl daşı” adlandırıb.

//Samir Qurbanov, Editor.az