Rumıniyalı hücumçu “Qalatasaray”dan ayrıldıbackend

Rumıniyalı hücumçu “Qalatasaray”dan ayrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray”ın hücumçusu Florian Andone klubdan ayrıldığını açıqlayıb.

Editor.az  qol.az-a istinadən xəbər verir ki, rumıniyalı futbolçus şəxsi İnstaqram hesabında bununla bağlı paylaşım edib. İstanbul klubunda hədəflərinə çatmadığı üçün üzüldüyünü bildirən 27 yaşlı forvard azarkeşlərlə vidalaşıb.

Andone müqavilə ilə İngiltərənin “Brayton” klubuna məxsusdur və ötən ilin sentyabrından “Qalatasaray”da icarə əsasında çıxış edir. Onun “cim-bom”la sözləşməsi iyulun 26-na qədərdir.

“Qalatasaray”da 12 oyuna 2 qol vuran futbolçu Superliqanın son turunda “Rizəspor”la görüşdə zədələnib və mövsümün sonuna qədər oynaya bilməyəcəyi açıqlanıb.