Rumuniya Rusiya Mədəniyyət və Elm Mərkəzinin, o cümlədən “Rus Evi”inin işini dayandıracaqbackend

Rumuniya Rusiya Mədəniyyət və Elm Mərkəzinin, o cümlədən “Rus Evi”inin işini dayandıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya hakimiyyəti Buxarestdəki Rusiya Mədəniyyət və Elm Mərkəzinin, həmçinin “Rus Evi” adlandırılan Rusiya Mədəniyyət və Elm Mərkəzinin işini dayandırmaq qərarına gəlib.

Editor.az xəbər verir ki, Rumıniya Xarici İşlər Nazirliyinin məlumatına görə, mərkəz “reallığın və tarixi həqiqətin təhrif edilməsinə yönəlmiş hərəkətlərdə iştirak edib”. Nazirlik bildirib ki, Buxarestdəki “Rus Evi”nin hərəkətləri Ukraynada hərbi əməliyyatların başlamasından sonra “güclənib və yeni, xüsusilə ciddi çalarlar alıb”. Rumıniyanın Strateji Məsələlər üzrə Dövlət Katibi “seçimli təmsil və reallığın qəsdən manipulyasiyası yolu ilə hibrid hücumlar və dezinformasiyaya” davamlı cəhdləri “qətiyyətlə bəyənmədiyini” ifadə edib.

Bu qərarla bağlı Rusiyanın Rumıniyadakı səfiri Valeri Kuzminə məlumat verilib. Mərkəz 20 avqust 2023-cü il tarixinədək bağlanacaq.

Həmin tarixə qədər bütün zəruri inzibati prosedurlar tamamlanmalıdır.
Qeyd edək ki, Buxarestdəki Rus Evi Rusiya hökuməti ilə 2013-cü il iyulun 9-da Moskvada imzalanmış müqavilə əsasında yaradılıb.

//Samir Qurbanov,Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!