Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiyanın “Su-34” qırıcı-bombardmançı təyyarəsini vurub.
Editor.az bildirir ki, bu barədə fevralın 21-də Telegram-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk məlumat verib.
“Mənfi bir, davam edirik. “Su-34”ün ekipajı bizim “Əbədi uçuş, qardaşlar!” rubrikamıza qoşulub”, – o yazıb. Oleşçuk qeyd edib ki, o, Ukrayna hava hücumundan müdafiə qüvvələrinin döyüş işinin nəticələrindən “əla əhval-ruhiyyədədir”. “Rus ayısını kiçik parçalara ayıraraq yeyəcəyik”, – deyib. Təyyarə şərq cəbhəsində vurulub.
//Samir Qurbanov, Editor.az

