Rus dili Xersonda dövlət dili olacaqbackend

Rus dili Xersonda dövlət dili olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xersonda ukrayna dili ilə yanaşı, rus dili də rəsmi dövlət dili statusu alacaq.

Editor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə regional hərbi-mülki administrasiya rəhbərinin müavini Kirill Stremousov deyib.

Onun sözlərinə görə, Ukraynanın demilitarizasiyası üzrə keçirilən xüsusi əməliyyat zamanı Rusiya ordusu ölkənin cənubundakı Xerson vilayəti və Zaporojye vilayətinin Azov hissəsinə nəzarəti ələ keçirib. Bölgələrdə hərbi-mülki idarələr qurulub, Rusiya telekanalları və radioları yayımlanmağa başlayıb.

//Gülnarə Abasova, Editor.az