Kiyev Minsk razılaşmasının öhdəliklərini icra etməsə və geopolitik avatürizmi dayandırmasa Donbası itirəcək.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki səfirinin birinci müavini Dmitri Polyanski deyib.
Polyanski bildirib ki, Kiyev rəsmiləri Qərb dövlətlərinin dəstəyi ilə Ukraynanın Minsk razılaşmasının öhdəliklərini yerinə yetirdiyini, lakin Moskvanın razılaşmaya əməl etmədiyini bildirirlər:
“Kiyevin və Qərb partnyorlarının düşünülməmiş oyunları Ukrayna üçün olduqca mənfi nəticələrə gətirib çıxara bilər”.
Polyanski xatırladıb ki, Minsk razılaşmasının yekun həlli Donbasın Ukraynanın tərkibinə qaytarılmasından ibarətdir.

