Rus dronları Odessa limanındakı mülkü gəmiləri atəşə tutdubackend

Rus dronları Odessa limanındakı mülkü gəmiləri atəşə tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

17 noyabr gecəsi rus ordusunun dronları Odessa bölgəsindəki liman və enerji infrastrukturuna atəş açıb.

Editor.az xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri Oleq Kiper məlumat verib. Onun sözlərinə görə, bir nəfər yaralanıb. Kiper bir neçə mülki gəmiyə ziyan dəydiyini bildirib. Odessa bölgəsində gecə tətillərindən sonra 32 mindən çox müştəri elektrik enerjisiz qalıb. İzmail rayon administrasiyası İzmail və Broska kəndinin qismən elektrik enerjisi kəsildiyini deyib.

Vacib infrastruktur, həyat təminatı qurğuları və xəbərdarlıq sistemləri ehtiyat enerjiyə qoşulub. Generatorlar su, çirkab su və istilik təmin edir.

//Samir Qurbanov, Editor.az