Rus dronları Ukraynada “Flamingo” raketləri hazırlayan şirkətin əməkdaşını vurub öldürdübackend

Rus dronları Ukraynada “Flamingo” raketləri hazırlayan şirkətin əməkdaşını vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dronlar və “Flamingo” raketləri hazırlayan Ukraynanın “Fire Point” şirkətinin əməkdaşı Kiyev vilayətindəki Vişqorod şəhərinə Rusiyanın dron hücumu nəticəsində həlak olub.

Şirkətin həmtəsisçisi və baş dizayneri Denis Ştilerman bu barədə açıqlama verib. Onun sözlərinə görə, kişinin ailəsi ağır vəziyyətdə xəstəxanadadır: “Ruslar şanslıdırlar ki, biz onlardan fərqli olaraq, dinc şəhərlərimizin gündəlik atəşə tutulmasına cavab olaraq yaşayış binalarına zərbə endirməklə qisas almırıq”.
Ştilerman qeyd edib ki, Ukraynanın uzaq mənzilli silah istehsalçıları “düşmənlərimizin və onların ailələrinin çoxunun” harada yaşadığını “çox yaxşı bilirlər”.

//Samir Qurbanov, Editor.az