“RUS DÜNYASI” İRPENDƏ… – İşğalçı ordunun dəhşətli “əl işi” -VİDEObackend

“RUS DÜNYASI” İRPENDƏ… – İşğalçı ordunun dəhşətli “əl işi” -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CNN telekanalı Kiyev yaxınlığında yerləşən və vaxtilə Ukraynanın ən gözəl və komfortlu şəhərlərindən biri sayılan İrpenin son görüntülərini yayıb.

Operator Yuri Qruzinovun çəkdiyi və “Ukrainian Witness” adlı təşkilatın kanala təqdim etdiyi videoda şəhərin işğalçılar tərəfindən hansı hala salındığına dair dəhşətli mənzərə öz əksini tapıb.

Müəllifin videoya aid şərhində deyilir: “Küçələrdə sahibsiz itlər dolaşır. Onların acından ölməməsinin bircə səbəbi var. Lakin bu səbəbi açıqlamağımız sizin xoşunuza gəlməz… Budur, atəşlə məhv edilmiş avtomobil. Arxa oturacaqda güllələnmiş cavan oğlan. Bu isə öz əl arabasının yanında qətlə yetirilmiş qoca babadır, səkinin üzərinə uzanıb. Mərmi partlayışının, itlərin ulamasının, quşların, açıq qalmış qapıların səsləri eşidilir. Onların aralığında isə sükut var, ölüm gətirən sükut. Budur, İrpenə “rus dünyası” gəlib…”


Xatırladaq ki, İrpen şəhəri bu günlərdə Ukrayna Ordusu tərəfindən işğalçılardan təmizlənib. Lakin rəsmi Kiyev hələ ki, əhalinin şəhərə qayıtmasını məqsədəuyğun saymır. Bu qərarın hansı səbəblə bağlı olduğu elə təqdim etdiyimiz videodan da aydın görünür…

AzPolitika.info