Rus əsgəri: bizim ordumuz “tupoy”dur, “debil”dir….backend

Rus əsgəri: bizim ordumuz “tupoy”dur, “debil”dir….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidməti bəyan edir ki, rus işğalçıları Ukrayna ordusunun qüdrətini və onlar tərəfindən böyük itkilərə məruz qaldıqlarını növbəti dəfə etiraf edirlər.

Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən xəbər verir. USQ-dən daxil olan həmin məlumata görə, bu fakt ələ keçirilən bir səs yazısında qeydə alınıb. Belə ki, işğalçı ordunun əsgəri həyat yoldaşı ilə telefon danışığı zamanı onu hər an təhlükə gözlədiyini bildirib.

“Bizimkilər konkret olaraq “batırıblar”. İtkilərimiz var, çoxlu yaralılar var… Bütün ordumuz “tupoy”dur, sadəcə “debil”dir. Ümumiyyətlə, biz burada “……” lazım deyilik… Belə bir düşmənə qarşı heç bir hərbi tapşırığı yerinə yetirə bilmirik”. USQ-dən bildiriblər ki, belə etiraflar həmişə xoşdur, amma bizi çaşdırmamalıdır. Düşmən hələ də buradadır və bizim xalqımızı məhv etmək istəyir! Ona görə də bizim yalnız bir çıxış yolumuz var – sona qədər döyüşmək! Biz Ukraynanı müdafiə edirik. Ukrayna birlikdədir!”.

  Editor.az