Rus əsgərləri tərəfindən öldürülən 109 ukraynalı uşağın xatirəsinə həsr olunmuş mitinq keçirilibbackend

Rus əsgərləri tərəfindən öldürülən 109 ukraynalı uşağın xatirəsinə həsr olunmuş mitinq keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lvovda rus hərbçiləri tərəfinən amansızcasına qətlə yetirilən 109 ukraynalı uşağın xatirəsinə həsr olunmuş mitinq keçirilib.

Bu barədə Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir.

Mitinqdə çıxış edən Lvov meri Andrey Sadovıy deyib ki, “Bu gün Rınok meydanındakı boş uşaq arabaları o mələklərin həyatının simvoludur ki, indi dünyanın qətiyyətli hərəkətləri əvəzinə Ukraynanın səmasını qoruyurlar.
Bu, Ukraynanın bu gün verdiyi müharibənin dəhşətli qiymətidir. Və biz dünya ictimaiyyətini ukraynalı uşaqları qalxan kimi qorumağa və onlara gələcək bəxş etməyə çağırırıq.

“Digər ölkələrin hökumətlərindən Ukraynanın səmasını bağlamağı tələb edin, aksiyaları lentə alın, Rusiyanın cinayətlərindən danışın və onları #closethesky heşteqi ilə sosial şəbəkələrdə dərc edin”.
Ukraynalı uşaqları və Ukrayna səmasını qoruyun!” – Andrey Sadovıy belə deyib

Qeyd: martın 18-nə olan məlumata görə, Rusiya ordusunun bombardmanları və top atəşləri nəticəsində 109 uşaq ölüb, 130-dan çox uşaq yaralanıb.

Editor.az