Rus əsgərləri Ukraynaya getməkdən kütləvi şəkildə imtina edirlərbackend

Rus əsgərləri Ukraynaya getməkdən kütləvi şəkildə imtina edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qoşunları ələ keçirilən mövqelərdə möhkəmlənməyə və müəyyən istiqamətlərdə hücumu saxlamağa çalışır.

Editor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verir.

Eyni zamanda qeyd edilir ki, Rusiya hərbçilərinin Ukraynaya ezamiyyətdən, kütləvi şəkildə hərbi əməliyyatlarda iştirakdan imtina etməsi halları qeydə alınıb. Hərbçilər müharibə veteranı statusunun verilməsi, əlavə gündəlik ödənişlər və rəsmi maaşların artırılması vədlərinə baxmayaraq hərbi əməliyyatlarda iştirak etmək istəmir.

//Gülnarə Abasova, Editor.az