Rus əsgərləri vuruşmaqdan imtina edirlərbackend

Rus əsgərləri vuruşmaqdan imtina edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Şərq Hərbi Dairəsinin 35-ci birləşmiş silahlı ordusunun əlahiddə 38-ci motoatıcı briqadasının hərbçiləri xeyli itki verib və bundan sonra müharibədə iştirakdan imtina ediblər.

Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən xəbər verir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı həmin xəbərə görə, işğalçılar Rusiya ərazisinə keçirilməyi gözləyirlər. “Luqansk vilayətinin Svatovski rayonu ərazisində yerləşən Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun “2-ci Ordu Korpusunun” (“LNR” adlanır – red.) silahlı birləşmələri çox aşağı mənəvi-psixoloji vəziyyətdədirlər, silah və mühafizə vasitələri ilə bağlı ciddi problemlər var və tapşırıqları yerinə yetirməyə hazır deyillər”, – Baş Qərargah əlavə edib.

  Editor.az