Rus əsgərlərindən iyrənc işgəncə: Yeganə sağ qalan o idi…backend

Rus əsgərlərindən iyrənc işgəncə: Yeganə sağ qalan o idi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 24-ü səhər saatlarında Rusiya ordusunun Ukraynaya daxil olması ilə başlayan müharibə minlərlə insanın ölümünə səbəb olub. Müharibə səbəbindən ölkəsini tərk etmək məcburiyyətində qalan mülki əhalinin sayı milyonlarladır.

Editor.az xarici mediaya istinadən bildirir ki, müharibə başlayandan bəri bir çox insan haqları təşkilatları, xüsusilə də Birləşmiş Millətlər, tərəfləri müharibə cinayətlərindən uzaq durmağa və mülki şəxslərə qarşı diqqətli olmağa çağırsalar da bu çağırışlar əsassız qaldı. Xüsusən də Rusiya ordusunun Ukrayna ərazisinə qismən irəliləməsindən sonra hərbi əsirlərlə bağlı gözlər Rusiyaya çevrilir.

Birləşmiş Millətlər Təşkilatının verdiyi son bəyanatlara görə, yüzlərlə ukraynalı mülki əsir düşərgələrində pis şəraitdə yaşayır və hətta işgəncə ilə nəticələnən zorakılığa məruz qalır. Həmçinin bildirilir ki, Rusiya ordusu işğal olunmuş ərazilərdə hərbi yaşda olan yüzlərlə ukraynalı kişini saxlayır. Saxlanılan kişilərin ailələri ilə müsahibələr təxminən 6 aya yaxındır davam edən müharibənin şiddətini ümumiləşdirir. Birləşmiş Millətlər Təşkilatının Ukraynadakı İnsan Haqları Komitəsi də ən azı 287 mülki şəxsin Rusiya tərəfindən özbaşına saxlanmasını sənədləşdirib. Saxlanılan mülki şəxslərin bəziləri əsirlikdə olarkən yoxa çıxıblar.

37 yaşlı Vasili üçün də bir çox ukraynalılar kimi həyat 24 fevraldan əvvəl və sonra iki yerə bölünür. Müharibənin ilk günlərində yaşadığı rayon rus ordusu tərəfindən işğal edilən Vasili ailəsi ilə küçədə gedərkən rus əsgərləri tərəfindən saxlanılıb. Əli-gözü bağlı olan kişi uzun müddət ailəsi ilə əlaqə saxlaya bilməyib. Təxminən 6 həftə ərzində bir çox polis bölmələrinə və düşərgələrə aparıldığını bildirən Vasili aparıldığı yerdə zorakılığa məruz qaldığını və dindirmə zamanı bədəninə elektrik cərəyanı verildiyini iddia edir.
 
//Safura Bənnayeva, Editor.az