Rus əsgərlərinə spirtli içki qadağasıbackend

Rus əsgərlərinə spirtli içki qadağası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində rus əsgərlərinə spirtli içkilərin satışına qadağa qoyulub.

Editor.az-ın xəbərinə görə, bu barədə iyulun 6-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“İşğalçı ordunun Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində yerləşən bölmələrinin şəxsi heyəti həddən artıq spirtli içkilərdən istifadə edir ki, bu da çoxsaylı nizam-intizam və ciddi qanun pozuntularına səbəb olur”, – məlumatda deyilir.
Belə ki, işğalçı ordunun əsgərlərin sərxoş vəzyyətdə dəfələrlə xidmət yerlərini tərk edib, atəş mövqelərinə gəlib, atıcı silahlardan istifadə qaydalarını pozub və yol qəzaları törədiblər.
“Rusiya Federasiyasının Rusiya Qvardiyası qoşunlarının komendantlığının rəhbərliyi və İvan Suşkonun başçılıq etdiyi Mixaylovski icmasının qondarma “hərbi-mülki idarəsi” (müharibədən əvvəl o, peşəkar Santa Klaus və toylarda aparıcı olub) vəziyyətə müdaxilə etməli olub. Profilaktik tədbir olaraq Mixaylovskaya və Razdol icması ərazilərində Rusiya hərbçilərinə spirtli içkilərin (o cümlədən pivə) satışına qadağa qoyub”. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi qeyd edib.

Editor.az