Ukrayna Ordusunun Baş Qərargahı Rusiya hərbçilərinin təslim olması, həmçinin “kiçik fərari qruplarının dövlət sərhədi istiqamətində hərəkəti” barədə məlumat yayıb.
Bu barədə Editor.az Ukrainskaya Pravda”ya istinadən məlumat verir. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı həmin məlumatda deyilir:
“Rusiya Federasiyası silahlı qüvvələri şəxsi heyətinin döyüş ruhu sınıb, mənəvi-psixoloji baxımdan sarsılıb və onlar ayrı-ayrı qruplar şəklində təslim olurlar. Bundan başqa, son üç gün ərzində dövlət sərhədi istiqamətində rusların kiçik fərari dəstələrinin hərəkəti müşahidə edilib”.
Xatırladaq ki, Ukrayna ordusu Donetsk istiqamətindəki bəzi marşrutlarda işğalçıların hərəkətinin qarşısını alıb.
Editor.az

