Rus əsirlərin döyülməsinə Ukraynadan REAKSİYA gəldibackend

Rus əsirlərin döyülməsinə Ukraynadan REAKSİYA gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus telegram kanallarında Ukraynalı hərbiçilərin əsir götürdüyü Rusiya ordusunun əsgərlərinə işgəncə vermə anının görüntüləri yayılıb. Editor.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, sözügedən videoda Ukrayna ordusunun hərbi formasında olan şəxslər Rusiya ordusunun hərbi formasında olan şəxsləri döyərək yerə yıxır və ayaqlarına güllə ilə atəş açırlar.

Yayılan görüntülərə görə, rəsmi Kiyevdən cavab gecikməyib. Ukrayna tərəfi əsirlərlə qeyri-insani rəftar edən şəxslərin kimliyinin tez bir zamanda araşdırılacağını bildirib.

“Bu əməli törədənlər Ukrayna hökuməti tərəfindən cəzalandırılacaq”-deyə rəsmi Kiyev məlumat yayınb.

//Nəzərbəy Hacıağayev, Editor.az